İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər - Təklif hazırlandı

2387 10.03.2026 20:56 Ölkə A A

Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə "Report"a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.

O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:

"Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir".

M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR