İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlılar bu ölkədən deport olundu

16937 07.07.2026 17:12 Dünya A A

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin digər müvafiq bölmələri ilə birgə həyata keçirdikləri tədbirlər nəticəsində son günlər 54 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, deportasiya edilənlər arasında Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Azərbaycan, Belarus, Pakistan, Nigeriya, Misir, Filippin və digər ölkələrin vətəndaşları var.

Məlumata əsasən, qüvvədə olan qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Nazirlik qeyd edib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə qurumun əsas prioritet istiqamətlərindən biridir.

Rəsmi statistikaya görə, bu ilin əvvəlindən indiyədək ümumilikdə 2 090 qanunsuz miqrant Gürcüstandan deportasiya olunub. Onlardan 232-si yanvarda, 312-si fevralda, 360-ı martda, 401-i apreldə, 340-ı mayda, 391-i isə iyunda ölkədən çıxarılıb./Bakıvaxtı.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR