İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağdadda HƏYƏCAN: İŞİD geri qayıdır

735 27.01.2026 14:09 Dünya A A

İraq kəşfiyyatının rəhbəri Həmid əl-Şatri "The Washington Post" qəzetinə verdiyi açıqlamada Suriyada “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının üzvlərinin sayının əhəmiyyətli dərəcədə artdığını bildirib.

Musavat.com xəbər verir ki, Əl-Şatrinin sözlərinə görə, son bir ildən bir qədər artıq müddətdə Suriyada İŞİD döyüşçülərinin sayı təxminən 2 mindən 10 minə yüksəlib.

“Bu, şübhəsiz ki, İraq üçün təhlükə yaradır. Çünki İŞİD istər Suriyada, istər İraqda, istərsə də dünyanın başqa yerlərində olsun vahid bir təşkilatdır və yenidən ölkə ərazisində möhkəmlənərək hücumlar həyata keçirməyə cəhd göstərəcək”, - deyə əl-Şatri vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada və İraqda azadlıqda qalan İŞİD üzvlərinin sayını təxminən 2,5 min nəfər olaraq qiymətləndirib. Lakin komandanlıq nəşrə Suriyadakı terrorçuların hazırkı sayı ilə bağlı yenilənmiş məlumat təqdim etməkdən imtina edib.

Bir sıra iraqlı rəsmilər də İŞİD-in vaxtilə terrorçuların nəzarətində olmuş İraq ərazilərində yenidən möhkəmlənə biləcəyindən narahatlıqlarını ifadə ediblər.

İraq kəşfiyyatının rəhbəri bildirib ki, ABŞ-ın Bəşər Əsədin devrilməsindən sonra hakimiyyətə gələn yeni Suriya hökumətinə qarşı mübarizədə suriyalı kürdlərə dəstəyi dayandırmasından sonra İŞİD döyüşçülərinin saxlanıldığı kürd həbsxanalarının təhlükəsizliyi məsələsi gündəmə gəlib. Bu kontekstdə İraq həmin həbsxanalarda saxlanılan 7 min İŞİD üzvünü qəbul etməyə razılıq verib. Əl-Şatiri qeyd edib ki, İŞİD üzvlərinin reabilitasiyası üzrə İraq proqramı uğurlu olub, lakin ABŞ tərəfindən maliyyələşmənin dayandırılması problemi hələ də qalmaqdadır.

Məlumata görə, yanvarın ortalarına qədər ABŞ hərbçiləri Bağdadın nəzarətində olan İraq ərazilərini tamamilə tərk ediblər. CNN-in xəbərinə əsasən, Amerika qoşunları yalnız İraqın Kürd Muxtar Bölgəsində qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR