İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İrəvana nəfəslik açdı: Ermənistan gülləri...

929 08.06.2026 20:15 Gündəm A A

Ermənistanın çiçəkçilik sektoru üçün Avropadan yeni imkan yaradılıb.

Musavat.com xəbər verir ki, Niderland Avropa Komissiyasının sədri Ursula von der Leyen tərəfindən elan olunan dəstək paketini dəstəklədiyini və zərər çəkmiş sahələrə praktik yardım imkanlarını araşdırdığını açıqlayıb.

Niderlandın xarici işlər naziri Tom Berendsen bildirib ki, Royal FloraHolland erməni çiçək istehsalçıları üçün öz ticarət platformasını açır. Bunun sayəsində Ermənistan istehsalçıları Avropa və digər regionlardakı alıcılarla birbaşa əlaqə qura biləcəklər.

Nazir həmçinin azad və ədalətli seçkilərin sabit demokratik gələcəyin əsasını təşkil etdiyini vurğulayaraq, Ermənistanın gələcəyinin Ermənistan xalqı tərəfindən müəyyən edilməli olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR