İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda "varis" ssenarisi - milyarderin oğlu...

854 24.07.2026 11:17 Siyasət A A

"Gürcü Arzusu"nun qurucusunun oğlunun siyasi səhnəyə çıxması Gürcüstanda ciddi  suallar yaradıb - Varis Tsotne kimdir?  

Цотне-сюрприз

Gürcüstanda hakim "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri, milyarder Bidzina İvanişvilinin kiçik oğlu, 18 yaşlı Tsotne İvanişvilinin ictimai-siyasi fəaliyyətə başlaması ölkədə müxtəlif müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın müxalkifətyönümlü “Novaya qazeta” yazıb.

Qeyd olunur ki, son həftələrdə Tsotne İvanişvili ilk dəfə hakim partiyanın gənclər təşkilatının toplantısında çıxış edib. O, təxminən iki ildir davam edən siyasi qarşıdurmanın dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb, o, hüquq-mühafizə orqanları tərəfindən tətbiq olunan zorakılığı pisləyib və jurnalistlərin suallarını cavablandırıb.

Gürcü ictimaiyyətində onun çıxışı ümumilikdə müsbət qiymətləndirilib. Müşahidəçilər Tsotnenin savadlı, təmkinli və yaxşı hazırlıqlı təsir bağışladığını qeyd edirlər.


Цотне Иванишвили. Фото: newsgeorgia.ge

Tsotnenin siyasi səhnəyə çıxmasından sonra Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Bidzina İvanişvilini oğlunu öz siyasi varisi kimi hazırlamaqda ittiham edib. Hazırda həbsdə olan Saakaşvili bildirib ki, İvanişvili hakimiyyətin ailə daxilində ötürülməsi modelini tətbiq etməyə çalışır.

Gürcü politoloqlar hesab edirlər ki, postsovet məkanının bəzi ölkələrində tətbiq olunan "varis" modeli Gürcüstan üçün xarakterik deyil. Siyasi ekspert David Berdzenişvili bildirir ki, hətta Bidzina İvanişvilinin belə planı olsa belə, Gürcüstan cəmiyyətinin siyasi mədəniyyəti və ictimai düşüncəsi buna imkan verməz. O, buna misal kimi Acarıstanda keçmiş lider Aslan Abaşidzenin vaxtilə oğlunu siyasi varis kimi hazırlamaq cəhdinin uğursuzluqla nəticələnməsini göstərir.

Hakimiyyətə yaxın ekspert Gia Abaşidze isə hesab edir ki, Tsotnenin ictimai fəallığının əsas məqsədi hakim partiyanın gənclər arasında nüfuzunu artırmaqdır. Onun sözlərinə görə, 2012-ci il parlament seçkilərində Bidzina İvanişvilinin digər oğlu – məşhur rep ifaçısı Bera İvanişvilinin gənclər arasında populyarlığı "Gürcü Arzusu"nun seçki kampaniyasına ciddi töhfə vermişdi. Abaşidze hesab edir ki, Tsotnenin fəallaşması da oxşar məqsədə xidmət edə bilər.

2012–2016-cı illərdə Gürcüstan hökumətində çalışmış sabiq dövlət naziri Paata Zakareişvili də hesab edir ki, hazırkı mərhələdə Tsotne İvanişvilinin hakimiyyətə varis kimi hazırlandığını söyləmək tezdir.

Onun fikrincə, bu barədə yalnız Tsotnenin gələcək parlament seçkilərində hakim partiyanın namizədlər siyahısında yer alacağı təqdirdə ciddi danışmaq mümkün olacaq.

Sabiq dövlət kanselyariyasının rəhbəri Petre Mamradze də Bidzina İvanişvilinin xarakterini nəzərə alaraq, onun övladlarına siyasi fəaliyyətini məcburi şəkildə diktə edəcəyinə inanmadığını bildirib.

Bidzina İvanişvili Gürcüstanda təkcə siyasi fəaliyyəti ilə deyil, ailəsinə bağlılığı ilə də tanınır. Gürcü ictimaiyyətində onun şəxsi həyatı barədə çox az danışmasına baxmayaraq, ailə üzvlərinin hər biri müxtəlif sahələrdə diqqət çəkir.

İvanişvili həyat yoldaşı Ekaterina Xvedelidze ilə evlidir. Milyarder müxtəlif müsahibələrində bu evliliyi həyatının "ən uğurlu qərarı" adlandırıb. Cütlüyün dörd övladı – üç oğlu və bir qızı var.

Ailənin böyük oğlu Uta İvanişvili ictimaiyyətdən uzaq həyat tərzi seçib. O, Fransada yaşayır və mediaya demək olar ki, müsahibə vermir. Bidzina İvanişvilinin sözlərinə görə, məhz Uta 2011-ci ildə atasına siyasətə qoşulmağı tövsiyə edib. O dövrdə Gürcüstana Mixeil Saakaşvili rəhbərlik edirdi və Uta atasına siyasi proseslərə qoşularaq ölkədə dəyişiklik etməyin vacibliyini bildirib. Mediada yayılan məlumatlara görə, ailənin əsas biznes aktivlərinin və investisiyalarının böyük hissəsi Uta İvanişvilinin adına rəsmiləşdirilib. Bu səbəbdən o, ailənin iqtisadi irsinin əsas varisi hesab olunur.

Бера. Фото: ITAR-TASS

İvanişvilinin ən məşhur övladı Bera İvanişvilidir. O, Gürcüstanda və xaricdə tanınan rep ifaçısıdır. Bera uzun illərdir musiqi fəaliyyəti ilə məşğuldur və xüsusilə gənclər arasında böyük populyarlıq qazanıb. Sosioloqlar hesab edirlər ki, onun nüfuzu 2012-ci il parlament seçkilərində "Gürcü Arzusu"nun gənc seçicilər arasında dəstəyinin artmasına müəyyən təsir göstərib.

Hazırda Bera əsasən Braziliya və Cənubi Koreyada yaşayır, musiqi layihələri ilə məşğul olur və Gürcüstana nadir hallarda gəlir. Son illərdə siyasi proseslərdə də aktiv görünmür.

Ailənin kiçik oğlu Tsotne İvanişvili 18 yaşındadır. O, adını XIII əsrdə monqol işğalı dövründə göstərdiyi qəhrəmanlıqla tanınan gürcü zadəganı Tsotne Dadianinin şərəfinə alıb. Maraqlı məqamlardan biri də uşaqlıq illəri ilə bağlıdır. Gürcü mediasının yazdığına görə, Tsotne balaca olarkən pinqvinləri çox sevirmiş. Atası oğlunu sevindirmək üçün Çorviladakı iqamətgahında xüsusi soyudulmuş məkan yaratdıraraq ora bir neçə pinqvin gətizdirib.

İvanişvilinin yeganə qızı Qvantsa İvanişvili də ictimaiyyətdən uzaq həyat sürür. O, Parisdə yaşayır, Amerika şirkətlərindən birində çalışır və mediaya açıqlama vermir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR