İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ İranın dondurulmuş aktivlərinə toxunmayacaq, çünki...” – İqtisadçı 

273 24.07.2026 14:30 Qalmaqal A A

“Növbəti xəbərdarlığa qədər Hörmüz boğazında gəmilərə və yüklərə dəyən hər hansı ziyan ABŞ tərəfindən saxlanılan və nəzarət edilən İranın dondurulmuş aktivləri hesabına qarşılanacaq”.

Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp öz “Truth” hesabında yazıb.

İranın xarici işlər naziri Abbas Əraqçi isə ABŞ-ın İranın dondurulmuş aktivlərindən mümkün kompensasiyalar üçün istifadə etmək planını “təhlükəli presedent” adlandırıb. O, şərhində bildirib ki, başqa bir dövlətin aktivlərinin müsadirəsi beynəlxalq münasibətlər üçün ciddi risk yaradır.

“Hökumətlər xarici dövlətlərin əmlakının müsadirəsini normal təcrübə kimi qəbul etməyə başlayarsa, gələcəkdə heç bir ölkənin aktivləri təhlükəsiz hesab oluna bilməz”, - deyə o, vurğulayıb.

Eldəniz Əmirov: "Enerji diplomatiyası Azərbaycanın geosiyasi gücünün  yüksəldilməsində mühüm əhəmiyyət daşıyır"

İqtisadçı Eldəniz Əmirov isə ABŞ-nin Hörmüz boğazında gəmilərə və yüklərə dəyən zərəri İranın dondurulmuş aktivləri hesabına qarşılayacağını düşünmür. Musavat.com-a açıqlamasında o, bildirib ki, sosial mediada yazılan mesaj, sadəcə, qorxutmaq niyyəti daşıyır:

“ABŞ-nin müdafiə naziri də bu məsələ ilə bağlı çəkindirici mesajlar vermişdi. Bu, həm də informasiya müharibəsidir. Düşünürəm ki, hələ uzun müddət qarşılıqlı təhdidlər davam edəcək. Ən son məqama qədər İranın dondurulmuş aktivlərinə toxunmayacaqlar.

Bu, həm də təzyiq alətidir. Bu aktivlər zamanı gələndə İrana təklif üçün saxlanmalıdır. Hazırkı vəziyyətdə onlardan istifadə gözlənilən deyil. Düşünürəm ki, proses qarşıda daha ciddi və artan səviyyəyə çatacaq, yəni kulminasiya nöqtəsi hələ irəlilədir”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR