İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu - Yanğından can qaçıranlar

885 24.07.2026 14:20 Foto fakt A A

Bu şəkildə görünən təlaşlı insanlar yanğından mal qaçıranlar deyil, yanğından can qaçıranlardır.

Fransanın cənub-qərbi qovurucu istilardən sonra yandırıcı alovlara qərq olub. Əslində bunlar bir-biri ilə bağlıdır. Qovurucu istilər meşə talalarındakı efir yağları daşıyan ot-ələfi qurudub həssas hala gətirmişdi və günəş şüasını yayan adi bir şüşə qırığı yanğın törədə bilərdi.

Görünür, elə də olub. İyul ayı təkcə dəniz tətili ayı deyil, həm də meşə yanğınları ayıdır. Hər il bu vaxtlar Türkiyə, Yunanıstan, İtaliya, İspaniya kimi ölkələrdə çoxlu meşə yanğınları baş verir. Bu il isə, məşhur türk mahnısında deyildiyi kimi, temmuz (iyul) bir başqadır.

Bu şəkildəki insanlar da Fransanın Kap Ferret yarımadasından qaçanlardır. Onların sayı minlərlə olub. Bu şəxslər “lacivərd sahillər” adlnanan kurort kəndlərində tətil edirmişlər, dərilərini qaraltmaq fikrindəymişlər, kösövə dönmək təhlükəsi yaşayıblar.

Beləcə, minlərlə insan Fransanın cənub-qərbindəki əraziləri tərk etmək məcburiyyətində qalıb. Hakimiyyət orqanları Atlantik sahili boyunca yarımadada olanların təxliyəsini təşkil edib.

yanq-1.JPG (50 KB)

Təxliyə edilənlər yüzlərlə rezin qayıqla, eləcə də ərazini materiklə birləşdirən yeganə yoldan istifadə edərək ərazini tərk ediblər.

Alov dilləri yanğınsöndürənlər tərəfindən yaradılmış yanğın maneəsini eyni vaxtda iki yerdən aşıb və meşə yanğınından 10.000 hektardan çox ərazi təsirlənib.

Fransa hakimiyyəti yanğınlarla mübarizə apararkən Avropa İttifaqının resurslarından istifadə etmək üçün Aİ-nin mülki müdafiə qüvvələrinin aktivləşdirilməsini tələb edib. Prezident Emmanuel Makron vəziyyətin "çox gərgin" olaraq qaldığını bildirib.

yanq-2.JPG (38 KB)

İspaniya da bu gündədir. İspaniya hökuməti Madrid və Avila yaxınlığında baş verən meşə yanğınları ilə bağlı fövqəladə vəziyyət elan edib və 10.000-dən çox insanı təxliyə etməyə məcbur olub.

Bu, iqlim dəyişikliyinin fəsadlarından biridir. İndiyəcən Avropada müşahidə olunmayan isti hava şəraitinin ardınca yanğınlar baş verir, daha sonra qasırğa və daşqınlar gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR