Ermənistanda "Ararat" konyak-şərab-araq zavodunun direktoru Arman Davtyanın saxlanıldığı bildirilir.
Musavat.com xəbər verir ki, yerli mənbələrin yaydığı məlumata görə, "Ararat" konyak-şərab-araq zavodunun direktoru Arman Davtyan saxlanılıb.
Qeyd edək ki, sözügedən zavod hazırda həbsdə olan Çiçəklənən Ermənistan Partiyasının (BHK) sədri, iş adamı Qaqik Tsarukyana məxsusdur.
Son həftələr Tsarukyanın nəzarətində olan bir sıra müəssisələrdə hüquq-mühafizə orqanlarının yoxlamaları və istintaq tədbirləri aparılır.
Musavat.com






