İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Ərəfatı Çinə verdi, qalmaqal qopdu

332 24.07.2026 22:09 Dünya A A

İmmiqrasiya qaydalarını pozan şəxsin Almaniyadan Çinə deportasiyası böyük ajiotaj yaradıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, etnik uyğur olan Ərəfat Adilin Sincan Uyğur Muxtar Vilayətinin yerləşdiyi Çinə deportasiya edilib.

Onun bu yaxınlarda separatizmə görə cəzaları sərtləşdirən qanun əsasında mühakimə oluna biləcəyi təhlükəsi var.

Lakin Çin hakimiyyəti təhlükənin şişirdildiyini deyir və iddia edir ki, yeni qanun ölkənin dövlətçiliyini qorumaq üçün nəzərdə tutulub və başqa heç nə yoxdur.

Çin və Türkiyə vətəndaşlığına malik olan 21 yaşlı Ərəfat Frankfurtdan Çinə deportasiya edildikdən sonra Pekində saxlanılıb və dindirilib. O, ailəsi ilə birlikdə 12 yaşında ikən, 2017-ci ildə Çindən Türkiyəyə gəlib. Ə.Adilin ailəsinin Çində siyasi təqiblərə məruz qaldığı ehtimal olunur. İndi onu yenidən Çinə qaytarıblar və bu, Almaniyadakı uyğur diasporunun nümayəndələrini narahat edib. Onlar bunun digər Qərb ölkələrindən uyğur dissidentlərinin qovulmasına səbəb ola biləcəyindən qorxurlar.

Uyğur məsələsi son onilliyin əvvəllərində, ekstremistlərin Əfqanıstandan Çinin Sincan Uyğur Muxtar Vilayətinə nüfuz etməyə başladığı zaman kəskinləşib. Pekin orada sakitliyi bərpa etmək üçün sərt tədbirlər görüb və bu, təkcə polis tədbirləri ilə məhdudlaşmayıb.

Çin tərəfi bildirir ki, tibetlilərin, monqolların və digər etnik azlıqların yaşadığı ərazilərdə olduğu kimi, Sincana da böyük məbləğdə dövlət vəsaiti yatırılıb. Həyat səviyyəsi yaxşılaşıb. Lakin separatizmlə mübarizədə güc tətbiqi hələ də vacibdir. Bunu son hadisələr də sübut edib.

Çin etnik birliyin təmin edilməsinə və ortaq milli dilin mövqeyinin gücləndirilməsinə yönəlmiş qanunvericilik tədbirləri qəbul edib. Çin rəhbərliyinin ümid edir ki, hər iki tədbir separatizmin istənilən formasına son qoyacaq.

Çində “Etnik birlik və tərəqqinin təşviqi haqqında qanun” 1 iyul 2026-cı ildə qüvvəyə minib.

Maraqlıdır, Almaniya Ə.Adili nədən vətəndaşı olduğu digər ölkəyə, Türkiyəyə deportasiya etməyib?

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR