İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusunun itki siyahısında gözlənilməz dəyişiklik – səbəb tam aydın deyil

352 24.07.2026 21:04 Dünya A A

ABŞ Müharibə Nazirliyinin rəsmi saytında İranla müharibədə həlak olan ABŞ hərbçilərinin sayı ilə bağlı diqqətçəkən dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, Pentaqonun ictimaiyyət üçün açıq statistikalarında müharibədə həlak olan ABŞ hərbçilərinin sayı 18-dən 14-ə endirilib.

Məlumata əsasən, adları açıqlanmayan üç hərbi rəsminin və Pentaqon nümayəndəsinin bu dəyişikliklə bağlı izahları bir-birindən fərqlənib.

Hərbi rəsmilər bildiriblər ki, dörd hərbçi ABŞ Prezidenti Donald Trampın atəşkəs elan etməsindən sonra həyatını itirdiyi üçün rəsmi döyüş itkiləri siyahısından çıxarılıb.

Pentaqon isə bu dəyişikliyi müvəqqəti məlumat uyğunsuzluğu ilə izah edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR