İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kızılcık şerbeti"nin aktrisası xəyanət iddialarına cavab verdi

180 24.07.2026 19:34 Şou-biznes A A

"Kızılcık şerbeti" serialındakı rolu ilə də diqqət çəkən aktrisa Seray Kaya "Survivor" yarışması ilə tanınan Sahra Işıkın keçmiş həyat yoldaşı İdris Aybirdi ilə bağlı irəli sürülən xəyanət iddialarından sonra ilk dəfə danışıb.

Musavat.com xəbər verir ki, Kaya bu iddiaları qəti şəkildə təkzib edib.

Aktrisa bildirib ki, indiyədək bu mövzuda danışmamağı seçməsi iddiaları qəbul etməsi demək deyil. Onun sözlərinə görə, məsələ həssasdır və xüsusilə də hadisədə bir uşağın adı hallandığı üçün ehtiyatlı davranmağa üstünlük verib.

Seray Kaya açıqlamasında deyib:

"Ortada bir problem olduğu bəllidir. Amma həmin problemin içində olan şəxs mən deyiləm".

Aktrisa ailə dəyərlərinə böyük önəm verdiyini vurğulayaraq əlavə edib:

"Mən heç vaxt bir ailəyə, xüsusilə də mələk kimi uşağa zərər verəcək xarakterə sahib insan deyiləm".

Seray Kaya ona ünvanlanan "Sahra Işıkı tanıyırsınız?" sualını da cavablandırıb. O bildirib ki, Sahra ilə toy məclisində tanış olub:

"Məni izlədiyi üçün qarşılıqlı izləməyə başlamışdıq. Ondan sonra isə həyatımda onu bir dəfə də olsun görməmişəm".

Kaya eyni mühitdə olduqları barədə deyilənləri də təkzib edib:

"Eyni masada belə oturmamışıq. Şişirtməyin, belə bir şey mümkündürmü?"

Qeyd edək ki, "Survivor" yarışmasının tanınmış siması Sahra Işık keçmiş əri İdris Aybirdinin onu "Kızılcık şerbeti" serialının aktrisası Seray Kaya ilə aldatdığını iddia etmişdi. 

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR