İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqonun keçmiş rəhbərindən ŞOK AÇIQLAMA: "Rusiyanın xüsusi təyinatlıları tamamilə məhv edilib"

544 24.07.2026 18:08 Dünya A A

Ukrayna Müdafiə Qüvvələri Rusiya Xüsusi Əməliyyat Qüvvələrini demək olar ki, tamamilə sıradan çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper "Independence Avenue Media"ya müsahibəsində bildirib.

Keçmiş nazirin sözlərinə görə, Rusiya ordusu ən ağır itkiləri məhz xüsusi təyinatlı bölmələr və nizami qoşunların canlı qüvvəsi arasında verib.

Esper hesab edir ki, Rusiya bu günə qədər müasir manevr müharibəsi apara biləcək qüvvələr formalaşdıra bilməyib və NATO ölkələrinin orduları ilə toqquşacağı təqdirdə onlara məğlub olacaq.

Pentaqonun keçmiş rəhbəri, artıq Avropanın ən döyüşkən və təcrübəli ordusuna çevrilən Ukrayna Silahlı Qüvvələrinin NATO-nun təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirmək iqtidarında olduğunu vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, Rusiyanın Qara Dəniz Donanması çox ciddi itkilərə məruz qalıb, Rusiya HHM sistemləri isə Ukrayna raketlərinin və dronlarının zərbələrini dəf etməkdə hər zaman uğurlu olmur. Lakin buna baxmayaraq, Rusiya Federasiyasının strateji qüvvələri ümumilikdə öz döyüş qabiliyyətini qoruyub saxlayır.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR