İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı dənizdə müharibə hazırlığı: İranın silah və qızıl dolu təyyarəsi marşrutu niyə dəyişdi?

458 24.07.2026 18:05 Dünya A A

Yaxın Şərqdə gərginliyi daha da alovlandıracaq gizli hərbi köçürmə barədə beynəlxalq agentliklər məlumat yayıb.

Musavat.com xəbər verir ki, "Reuters" agentliyi öz kəşfiyyat mənbələrinə istinadən İranın Yəmənə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərini, eləcə də raket və PUA-lar üçün nəzərdə tutulmuş hərbi avadanlıqları gizli şəkildə ötürdüyünü yazıb.

Mənbələrin verdiyi məlumata görə, iyulun 13-də Tehrandan husilərin nəzarətindəki Səna şəhərinə doğru uçan "Mahan Air" aviaşirkətinə məxsus təyyarə aeroportun vurulmasından sonra qəfil marşrutunu dəyişərək Hudeydə limanına eniş edib. Bildirilir ki, göyərtədə yüksək rütbəli zabitlər də daxil olmaqla 10-dan 21-dək SEPAH hərbçisi olub. Həmçinin təyyarənin göyərtəsində raket hissələri və PUA komponentləri ilə yanaşı, husilərin fəaliyyətini maliyyələşdirmək üçün külli miqdarda qızıl daşındığı iddia edilir.

Husilərin rəsmi nümayəndəsi Əbdəl Rəhman əl-Əhnomi isə bu iddiaları qəti şəkildə rədd edərək "yalan və uydurma" adlandırıb, reysdəki bütün sərnişinlərin mülki şəxslər olduğunu iddia edib. Buna baxmayaraq, ekspertlər və "Reuters" mənbələri hesab edir ki, İranın bu addımı husilərin hərbi potensialını gücləndirməyə və onların Qırmızı dəniz ilə Bab-əl-Məndəb boğazındakı gəmilərə hücum imkanlarını artırmağa yönəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR