İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov dikbaş əcnəbini bağışladı, yoxsa..?

311 24.07.2026 17:53 İdman A A

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” - SSKA (Bolqarıstan) oyunu Joel Motielin dönüşü ilə yadda qaldı. İpaniyalı yenidən matçın iştirak ərizəsində yer aldı.

Yarışın birinci təsnifat mərhələsində “Vestri” ilə oyunlarda sifariş ərizəsinə salınmayan yarımmüdafiəçi bir neçə gün əvvəl SSKA ilə görüşlər üçün də heyətdə yer almamışdı. Amma matça 1 gün qalmış Montielin adı heyətə daxil edilib.

O, SSKA ilə matçın ikinci hissəsində meydana ayaq basıb və fəal təsir bağışlayıb: komandanın oyununu canlandırıb, qapıya bir neçə zərbə endirib.

Montielin bundan əvvəl intizam qaydalarını pozduğu üçün heyətə daxil edilmədiyi bəllidir. Qurban Qurbanov məşq prosesinin gedişində ona cavab qaytaran prineylini bağışlamış kimi görünə bilər, amma…

Bu, qətiyyən belə deyil. Peşəkar futbolçuya yaraşmayan hərəkətə görə böyük məbləğdə cərimələnən ispan nə vaxt normal təklif gətirsə, «Qarabağ» onunla vidalaşacaq.

Saytımız bu barədə «köhlən atlar»ın düşərgəsindən məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, yarımmüdafiəçiyə bu barədə xəbərdarlıq olunub.

Nəzərinə çatdırılıb ki, gedişi təklfin məbləğindən asılıdır. İrəli sürüləcək şərtlər uyğun görülərsə, ayrılığı rəsmiləşəcək.

Qısacası, hər şey gedişatdan asılıdır. Hələlik Ağdam təmsilçisi ona görə dəvət almayıb.

Düzdür, İspaniyadan «Albasete» və Polşadan «Lex»in Montiellə maraqlanmasına dair sosial şəbəkələrdə xəbərlər dolaşır, ancaq bugünədək nə onlar, nə də hansısa klub «Qarabağ»ın qapısını döyüb./SPORTİNFO.AZ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR