İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sülh deyir, İrəvan silah daşıyır - İran səması üzərindən ŞÜBHƏLİ HƏRƏKƏTLİLİK

564 24.07.2026 17:10 Siyasət A A

Azərbaycan Ermənistanla sülh gündəliyini ardıcıl şəkildə irəli sürdüyü və bunu praktikada həyata keçirdiyi bir vaxtda, Ermənistan tərəfi yenə də özünə xas üsulla hərəkət edir. İkinci Qarabağ müharibəsindən əvvəl olduğu kimi, səssiz-səmirsiz silahlanmağa çalışır. Hazırkı Ermənistan hakimiyyətinin bununla hansı məqsədi güddüyünü – revanş, yoxsa başqa niyyətləri – söyləmək çətindir. Lakin bu cür addımlar ciddi suallar doğurmaya bilməz.

Musavat.com xəbər verir ki, Minval Politika redaksiyasının etibarlı mənbələrdən əldə etdiyi yeni məlumatlar Ermənistana hərbi yüklərin daşınması ilə bağlı diqqətçəkən faktları üzə çıxarıb.

Məlumata görə, bu ilin aprel-iyun aylarında Hindistandan Ermənistana hərbi yüklərin daşındığı aviareyslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artaraq 10-a çatıb.

Daşımalar Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus İl-76TD təyyarəsi ilə həyata keçirilib. Uçuşlar İranın hava məkanı üzərindən icra olunub.

Həmin dövrdə Ermənistana ümumilikdə hərbi yüklərin daşınmasına yararlı hərbi və mülki təyyarələrlə 18 reys həyata keçirilib. Onlardan 4-ü Rusiyadan gəlib.

İlin əvvəlindən iyunun sonunadək olan dövrə nəzər saldıqda isə mənzərə daha diqqətçəkən görünür. Bu müddətdə Ermənistana hərbi yüklərin daşınmasına uyğun hərbi və mülki təyyarələrlə ümumilikdə 39 reys həyata keçirilib.

Onlardan:

- 15 reys – Hindistandan;
- 13 reys – Rusiyadan;
- 4 reys – İrandan;
- 2 reys – Belçikadan;
- hərəsindən 1 reys olmaqla Almaniya, BƏƏ və Niderlanddan həyata keçirilib.

Bu 39 reysin 23-ü İranın hava məkanı üzərindən baş tutub.

Minval Politika yazır ki, rəqəmlər Ermənistanın Hindistan istehsalı hərbi texnika və silahları fəal şəkildə aldığını göstərir. Nəşr bunu "hərbi zibil" adlandıraraq bildirir ki, ötən il Hindistan və Pakistan arasında baş vermiş gərginlik Hindistanın hərbi-sənaye kompleksinin real imkanlarını bütün dünyaya nümayiş etdirib.

Məqalədə qeyd olunur ki, rəsmi İrəvan beynəlxalq ictimaiyyət qarşısında sülhpərvər bəyanatlar versə də, aerodromlarda tamamilə fərqli proseslər gedir. Nəşrin fikrincə, bu vəziyyət Azərbaycanla müharibədən əvvəlki dövrü xatırladır. Həmin vaxt da Ermənistan sakit şəkildə silahlanır, sonradan isə bunun nəticələri ilə üzləşirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR