İnsanlara hürriyət, millətlərə istiqlal!

Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI

259 25.07.2026 01:17 Dünya A A

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin balansında olan 28 ədəd xidməti minik avtomobilinin özəlləşdirilməsi məqsədilə hərrac elan edib.

Musavat.com xəbər verir ki, nəqliyyat vasitələrinin özəlləşdirilməsi üzrə hərrac 1 sentyabr 2026-cı il tarixində, saat 10:00-da keçiriləcək. Siyahıda müxtəlif buraxılış illərinə aid “BMW”, “Toyota”, “Hyundai”, “Honda”, “Changan”, “Kia” və “Nissan” markalı avtomobillər yer alıb. Satışa çıxarılan nəqliyyat vasitələrinin start qiymətləri 3 min manat ilə 12 min manat arasında dəyişir. Hərracın şərtlərinə əsasən, iştirak etmək istəyən şəxslər avtomobilin start qiymətinin 10%-i həcmində beh ödənişi etməlidirlər. Hərracda iştirak qaydaları və əlavə təfərrüatlarla bağlı layihə üzrə məsul əlaqələndirici şəxs Röyal Lətifli ilə - 050 207 00 26 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin tam siyahısı belədir:

BMW 520 (2017) – 2 ədəd, hər birinin start qiyməti 12 000 manat, beh məbləği 1 200 manat.
BMW 528 (2016) – 1 ədəd, start qiyməti 10 000 manat, beh məbləği 1 000 manat.
BMW 740Li (2012) – 1 ədəd, start qiyməti 9 000 manat, beh məbləği 900 manat.
Toyota Camry (2013) – 2 ədəd, hər birinin start qiyməti 9 000 manat, beh məbləği 900 manat.
BMW 528i (2014) – 1 ədəd, start qiyməti 8 000 manat, beh məbləği 800 manat.
BMW 320i (2014) – 1 ədəd, start qiyməti 8 000 manat, beh məbləği 800 manat.
Toyota Camry (2011) – 1 ədəd, start qiyməti 6 000 manat, beh məbləği 600 manat.
Kia Optima (2011) – 1 ədəd, start qiyməti 6 000 manat, beh məbləği 600 manat.
Changan Reaton (2019) – 3 ədəd, hər birinin start qiyməti 5 000 manat, beh məbləği 500 manat.
Changan Reaton (2019) – 1 ədəd, start qiyməti 4 000 manat, beh məbləği 400 manat.
Hyundai Sonata (2012) – 4 ədəd, hər birinin start qiyməti 4 000 manat, beh məbləği 400 manat.
Hyundai Sonata (2010) – 4 ədəd, hər birinin start qiyməti 3 000 manat, beh məbləği 300 manat.
Honda Accord (2010) – 1 ədəd, start qiyməti 3 000 manat, beh məbləği 300 manat.
Honda Accord (2009) – 1 ədəd, start qiyməti 3 000 manat, beh məbləği 300 manat.
Honda Accord (2008) – 2 ədəd, hər birinin start qiyməti 3 000 manat, beh məbləği 300 manat.
Nissan Teana (2006) – 1 ədəd, start qiyməti 3 000 manat, beh məbləği 300 manat.
Nissan Sunny (2005) – 1 ədəd, start qiyməti 3 000 manat, beh məbləği 300 manat.

Beləliklə, hərraca ümumilikdə 28 avtomobil çıxarılıb. Onların ümumi start qiyməti 149 min manat, ümumi beh məbləği isə 14 min 900 manat təşkil edir.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR