İnsanlara hürriyət, millətlərə istiqlal!

Külək güclənəcək - XƏBƏRDARLIQ

665 24.07.2026 16:37 Ölkə A A

Azərbaycanın bəzi rayonlarında iyulun 25-26-da külək güclənəcək.

Musavat.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux, Kəlbəcərdə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xaçmaz, Qusar, Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR