Rusiya ilə Çin arasında hərbi əməkdaşlığın miqyası barədə Qərb mediasında növbəti səs-küylü iddia yer alıb.
Musavat.com xəbər verir ki, "The Economist" nəşri Avropa kəşfiyyatının gizli hesabatlarına istinadən Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə qazandığı real döyüş təcrübəsini aktiv şəkildə Çin ordusuna ötürdüyünü yazıb.
Məlumata görə, 2024-cü ildən bəri Çin hərbçiləri Rusiyanın Volqoqrad şəhəri yaxınlığındakı hərbi poliqonlardan birində xüsusi hazırlıq keçirlər. Diqqətçəkən məqam budur ki, eyni hərbi bazada Ukraynanın şərqindəki qanlı döyüşlərdə birbaşa iştirak edən Rusiya Silahlı Qüvvələrinin 8-ci ümumqoşun ordusunun bölmələri də müntəzəm olaraq təlim keçir.
Kəşfiyyat orqanları bu birgə hazırlıq prosesini Pekinin müasir müharibə taktikalarını bilavasitə cəbhədən gələn rus hərbçilərindən mənimsəmək cəhdi kimi qiymətləndirir.
Musavat.com






