İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada BOMBARDMAN: Xeyli ölü və yaralı var, Krımda həyat DAYANDI

514 24.07.2026 16:06 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kirov şəhərində müəssisəyə raket zərbələri nəticəsində 6 nəfər ölüb, 26 nəfər yaralanıb. Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov məlumat verib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, müəssisə "yer-hava" sinifli idarəolunan zenit raketləri, raket-hədəflər, pilotların xilas edilməsi üçün katapult oturacaqları, aviasiya yükqaldırma sistemlərinin istehsalı üzrə ixtisaslaşıb.

Krımda çəkildiyi iddia olunan videoda infrastrukturun fəaliyyətində ciddi problemlərin yaşandığı, nəqliyyatın iflic olduğu və əhalinin yarımadanı tərk etdiyi bildirilib. Görüntülər sosial şəbəkələrdə yayılıb.

“Bütün avtomobillər dayanıb. Nəqliyyatın hərəkəti, demək olar ki, yoxdur. Benzin, yanacaq yoxdur, elektrik yoxdur.

Eşidirsiniz, generator işləyir. İnsanlar başqa cür elektrik əldə edə bilmədikləri üçün generatorlardan istifadə edirlər. Mağazalar işləmir, banklar işləmir. Ümumiyyətlə, heç nə fəaliyyət göstərmir. Su da yoxdur.

Bunun səbəbi hələlik məlum deyil. Üstəlik, havanın isti olması vəziyyəti daha da ağırlaşdırır. Hər şey tamamilə dayanıb. Küçələrdə isə, təbii ki, demək olar ki, heç kim görünmür”, - videoda vurğulanıb.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi analitik Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR