İnsanlara hürriyət, millətlərə istiqlal!

Raketi göydə ildırım VURDU: ANBAAN VİDEO

832 24.07.2026 14:56 Dünya A A

Çinin "Çançjen-3B" (Long March 3B) daşıyıcı raketi kosmodromdan start götürərkən gözlənilməz və nadir hadisə ilə qarşılaşıb. Göyə qalxdıqdan qısa müddət sonra raketə güclü ildırım vurub, lakin bu, missiyanın icrasına mane olmayıb.

Musavat.com xəbər verir ki, start Siçuan kosmodromundan baş tutub.

Raket "Tianlian II-06" məlumat-ötürmə peykini orbitə uğurla çıxarıb. Yüksəklik yığarkən ildırım vuran raketdə heç bir texniki nasazlıq qeydə alınmayıb. Daşıyıcı raket uçuşu ştat rejimində davam etdirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə parlaq ildırım şüasının raketin gövdəsi boyunca keçərək mühərrikin alov şleyfi ilə yerə doğru yayılması aydın görünür. Hadisəyə baxmayaraq "Çançjen-3B" trayektoriyasını tam saxlayıb.

Qeyd edək ki, kosmonavtika tarixində oxşar hadisələr əvvəllər də yaşanıb. Ən məşhur analoji hal 1969-cu ilin noyabrında "Apollon-12" missiyası zamanı baş verib - "Saturn V" raketi startdan dərhal sonra iki dəfə ildırım vurmasına baxmayaraq missiyanı tamamlayıb.

2023-cü ildə isə "SpaceX" şirkəti start meydançasına ildırım düşməsi səbəbindən "Falcon Heavy" raketinin uçuşunu təxirə salmaq məcburiyyətində qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR