İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE

337 24.07.2026 14:34 Ölkə A A

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub. Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib.

Musavat.com Modern.az-a istinadən Hacıbaba Məmmədovun qısa dosyesini təqdim edir:

Hacıbaba İsmayıl oğlu Məmmədov 1 iyun 1964-cü ildə Naxçıvan MR Culfa rayonu Xanağa kəndində anadan olub. 1982-1984-cü illərdə hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1989-cu ildə institutu bitirib.

1989-2000-ci illərdə “YUĞ” Teatrında aktyor, 2000-2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor, 2003-2010-cu illərdə “Qanun” MMC-də mətbəə müdiri, 2010-2014-cü illərdə Bakı Uşaq Teatrında direktor müavini işləyib.

2014-cü ildən Akademik Milli Dram Teatrında əvvəlcə inzaibatçı, 2016-cı ildən isə direktor müavini vəzifəsində çalışıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR