İnsanlara hürriyət, millətlərə istiqlal!

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

387 24.07.2026 14:37 İdman A A

Ötən gecə UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Murad Məmmədovun çıxış etdiyi Kipr "Pafos"u da növbəti oyununa çıxıb.

Həmyerlimizin yeni komandasında rəsmi debütü alınmayıb. Murad komandasının səfərdə 0:2 hesabı ilə uduzduğu matçda sonadək ehtiyatda qalıb.

Tərəflər arasında cavab görüşü 30 iyulda Limassolda baş tutacaq.

Murad Məmmədov "Pafos"a ötən ay "Neftçi"dən transfer olunub. Kipr klubu gən vingerlə "3+1" illik müqavilə imzalayıb.  (fanat.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR