İnsanlara hürriyət, millətlərə istiqlal!

İnstitut direktorunun adından saxta zənglər edilir – Bu nömrədən

527 24.07.2026 14:42 Ölkə A A

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürovun adından saxta zənglər edilir.

Musavat.com xəbər verir ki, bu barədə institutun mətbuat katibi Nərminə Ağayeva məlumat yayıb.

O bildirib ki, Kərim Şükürovun adından ayrı-ayrı şəxslərə zənglər edilir, müxtəlif tələblər irəli sürülür. Qeyd olunub ki, həmin zənglərin direktorla heç bir əlaqəsi yoxdur və yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Hazırda +994 77 316 38 51 nömrəsindən AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürovun adından müxtəlif tələblər irəli sürülür. Bu məlumatlar həqiqəti əks etdirmir və rəsmi xarakter daşımır. Hər kəsdən bu cür zənglərə etibar etməmələri xahiş olunur", – deyə məlumatda vurğulanıb.

İnstitut vətəndaşları ehtiyatlı olmağa çağıraraq, direktorun adından edilən bu cür zənglərə və irəli sürülən tələblərə inanmamağı tövsiyə edib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR