İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Rusiya Kiyevə 10-dan çox ballistik raket ATDI – Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ

300 24.07.2026 14:26 Dünya A A

Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev və Odessa şəhərlərinə raket zərbələri endirib.

Musavat.com xəbər verir ki, paytaxt Kiyevdə ard-arda şiddətli partlayış səsləri eşidilib, hava hücumundan müdafiə (HHM) sistemləri işə düşüb.

Məlumata görə, Kiyev şəhərinin meri Vitali Kliçko sakinlərə müraciət edərək onları sığınacaqlarda qalmağa çağırıb.

"Şəhərdə partlayışlar baş verir. Paytaxtda HHM qüvvələri çalışır. Sığınacaqlarda qalın", - deyə mer sosial şəbəkə hesabında bildirib.

Monitorinq qruplarının yaydığı məlumata əsasən, Rusiyanın Kiyev istiqamətinə ən azı 10 ballistik raket və "Sirkon" tipli raketlər buraxdığı təsbit edilib.

Hücum zamanı Odessa şəhəri də hədəf alınıb. Mülki infrastruktura zərər dəydiyi və ən azı bir nəfərin yaralandığı bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR