İnsanlara hürriyət, millətlərə istiqlal!

Estetik əməliyyatın ən qorxulu FƏSADI – Xanımların DİQQƏTİNƏ!

402 24.07.2026 14:11 Səhiyyə A A

Meksikada 30 yaşlı model Adriana Qarsiyanın estetik prosedur zamanı həyatını itirməsi plastik cərrahiyyənin risklərini yenidən gündəmə gətirib. “Daily Mail”in yaydığı məlumata görə, gözəllik sahəsində fəaliyyət göstərən bloger əməliyyat zamanı yaranan ağır fəsadlar səbəbindən vəfat edib. TikTok və İnstaqramda geniş izləyici auditoriyasına malik olan Qarsiyadan altı yaşlı qızı yadigar qalıb. Bu hadisə estetik müdaxilələrin təhlükəsizliyi ilə bağlı sualları yenidən aktuallaşdırır. Azərbaycanda da estetik əməliyyatlara maraq ildən-ilə artır.

30 yaşlı model plastik əməliyyat zamanı öldü

Bəs hansı şəxslər bu cür əməliyyatlara qərar verməzdən əvvəl xüsusi ehtiyatlı olmalıdır? Kimlər üçün estetik əməliyyat ciddi risk daşıyır və ümumiyyətlə, hansı hallarda bu müdaxilələrdən imtina edilməlidir?

Musavat.com-a danışan professor Adil Qeybulla bildirib ki, estetik cərrahiyyə xüsusi kateqoriyaya aiddir və sığorta vasitəsilə maliyyələşdirilmir: “Əgər xəstəlikdən və ya hər hansı zədədən sonra orqanizmdə funksional defekt yaranıbsa, sığorta bu fəsadların aradan qaldırılmasını qarşılaya bilər. Lakin sırf görünüşü dəyişmək, bədən şəkilləndirmə (abdominoplastika), burunşəkilləndirmə (rinoplastika) kimi əməliyyatları icbari tibbi sığorta qarşılamır. Bu səbəbdən həmin pasiyentlərə müayinə və müalicə mərhələsində tamamilə fərqli yanaşılmalıdır”.

Kosmetoloqa cərimə, işə xitam

Adil Qeybulla estetik əməliyyata müraciət edən şəxslərin əvvəlcə psixoloji qiymətləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, xüsusilə abdominoplastika kimi ağır müdaxilələrə gedən pasiyentlər mütləq ilk növbədə psixoloq müayinəsindən keçməlidirlər: “Çünki bir çox insan sadəcə xarici görünüşünə görə dərin komplekslər yaşayır və onlara cərrahi bıçaq altına yatmazdan öncə psixoloji yardım lazımdır. Digər tərəfdən, hərtərəfli tibbi müayinə aparılmalıdır. Pasiyentin böyrək çatışmazlığı, ürək-damar və ya digər gizli xəstəlikləri ola bilər. Estetik əməliyyatların bəziləri çox ağır bərpa dövrünə malik olduğundan, hərtərəfli yoxlanış aparılmadan bu riskə gedilməməlidir”.

Həkim plastik cərrahiyyə sahəsindəki mövcud qüsurları və savadsız yanaşmaları da kəskin tənqid edib: “Bəzən klinik protokolları bilməyən, lazımi təcrübəsi olmayan şəxslər tərəfindən bu əməliyyatlar icra edilir. Üstəlik, əməliyyatdan dərhal sonra xəstələri tələsik evə buraxırlar. Nəticədə pasiyentlər bədənin kəskin susuzlaşmasından (dehidratasiya), postoperativ fəsadlardan ağırlaşır və həyatlarını itirirlər. Mütəxəssis hesab edir ki, bu sahədə sərt və vahid müalicə-diaqnostika protokolu tətbiq olunmalıdır”.

Professor Adil Qeybulla prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək

Professor risk qrupuna daxil olan və estetik cərrahiyyədən uzaq durmalı olan xəstəliklərin siyahısını da diqqətə çatdırıb. O bildirib ki, ağır komorbid (fəsadlaşmış) vəziyyətdə olanlara, autoimmun xəstəliyi olanlara, ağır ürək və ağciyər çatışmazlığından əziyyət çəkənlərə, eləcə də aktiv onkoloji xəstələrə geniş estetik əməliyyatların olunması qətiyyən məqsədəuyğun deyil: “Burada yalnız bir istisna ola bilər: xərçəng səbəbindən süd vəzisi xaric edilmiş (mastektomiya olunmuş) qadın tam sağaldıqdan sonra, ona süd vəzisinin bərpası məqsədilə estetik-rekonstruktiv əməliyyat icra oluna bilər”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR