İnsanlara hürriyət, millətlərə istiqlal!

Sığınacaqdakı peşə məktəbi söküldü – VİDEO

596 24.07.2026 11:22 Son xəbər A A

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin ərazisində tikintisinə başlanılan peşə məktəbi layihəsi dayandırılıb, inşa edilən tikili isə sökülüb.

Musavat.com bildirir ki, bu barədə sığınacaq tərəfindən məlumat yayılıb.

Bildirilib ki, peşə məktəbinin yaradılmasında əsas məqsəd sığınacaqda yaşayan qadın və uşaqların müxtəlif peşələrə yiyələnməsi, gələcəkdə müstəqil şəkildə həyatlarını qura bilmələri üçün kiçik təlim və kurs otaqlarının təşkil edilməsi idi. Lakin hüquqi və sənədləşmə ilə bağlı problemlər səbəbindən layihənin davam etdirilməsi mümkün olmayıb:

“Bizim məqsədimiz sığınacaqda yaşayan qadın və uşaqların peşə öyrənməsi, gələcəkdə öz ayaqları üzərində dayana bilmələri üçün kiçik kurs otaqları yaratmaq idi. Təəssüf ki, başladığımız tikintini davam etdirməyə imkan verilmədi. Tikintinin sökülməsinə səbəb lazımi sənədlərin olmamasıdır. Buna görə də layihə dayandırıldı. Ərazidəki tikililərin sənədləşmə vəziyyəti, eləcə də sığınacağın özünün sənədləşmə prosesinin hələ tamamlanmaması bu istiqamətdə ciddi çətinliklər yaratdı. Bu da bizi ehtiyatlı davranmağa məcbur etdi.

Məlumatı sizinlə ona görə bölüşürük ki, peşə məktəbi layihəmizə dəstək olmaq istəyən çox sayda xeyirxah insan var idi. Buna görə də hər kəsə vəziyyətlə bağlı məlumat verməyi özümüzə borc bildik.

Hazırkı mərhələdə peşə məktəbinin tikintisi dayandırılıb və davam etdirilməyəcək. Bununla belə, ümidimizi itirmirik. İnanırıq ki, gələcəkdə bütün hüquqi məsələlər həll olunduqdan sonra bu ideyanı yenidən həyata keçirəcəyik. Qadınlar və uşaqlar üçün düşündüyümüzdən də gözəl şərait yaradılacaq”.

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR