İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putin şərtlərini qoyub, Moskva geri çəkilməyəcək"

408 24.07.2026 12:20 Dünya A A

Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri arasında Ukrayna böhranının tənzimlənməsi istiqamətində keçirilən danışıqlar fonunda Moskvanın güzşətsiz mövqeyi açıqlanıb.

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Marko Rubionun bəyanatlarına cavab olaraq rəsmi Vaşinqtonu öhdəliklərini yerinə yetirə bilməməkdə ittiham edib. Lavrov vurğulayıb ki, ABŞ tərəfi əvvəllər Ukrayna Prezidenti Volodimir Zelenskinin münaqişənin həlli üçün lazımi addımları atacağına dair təminat versə də, bu vədini yerinə yetirməyi bacarmayıb.

Dövlət katibi Rubionun Alyaska (Ankoric) razılaşmalarının uğursuzluğa düçar olması barədə fikirlərinə toxunan Lavrov, həmin görüşün nəticəsinin, əslində razılaşdırılmış kompromis mövqelər olduğunu xatırladıb və uğursuzluğun kimin ucbatından baş verdiyini dəqiq müəyyənləşdirməyi təklif edib.

Rusiya XİN rəhbəri Vaşinqtonun Alyaska görüşündə Ukrayna ilə bağlı əldə olunmuş anlaşmalara yanaşmasını dəyişdiyini bildirsə də, "Rusiya hər bir halda öz qarşısına qoyduğu vəzifələri tam yerinə yetirəcək",-deyə qətiyyət nümayiş etdirib.

Lavrov rəsmi Moskvanın Ukraynadakı böhranın nizamlanmasında Rusiya Prezidenti Vladimir Putinin XİN-dəki çıxışı zamanı səsləndirdiyi prinsiplərə və şərtlərə ciddi şəkildə sadiq qaldığını bir daha diqqətə çatdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR