İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin onu niyə təbrik etmir? - "Süd və gül siyasəti"

293 24.07.2026 12:33 Siyasət A A

Ermənistanın "Joghovurd" qəzetinin araşdırmasına görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin Nikol Paşinyana seçkilərdə qələbəsi münasibətilə təbrik məktubu göndərməyiblər.

Musavat.com yazır ki, Konstitusiya Məhkəməsinin və Mərkəzi Seçki Komissiyasının yekun qərarı var, lakin Rusiya prezidentinin təbrik mesajı yoxdur.

Bir qədər əvvəl Kremlin sözçüsü Dmitri Peskov seçkilərdən sonra Moskvanın rəsmi yekun nəticələri gözlədiyini və yalnız bundan sonra təbrik mesajının olub-olmayacağına qərar veriləcəyini açıqlamışdı. İndiki rəsmi nəticələr elan olunub, bəs Kreml lideri erməni baş nazirə niyə təbrik ünvanlamır?

Adətən bu səviyyəli təbriklər yalnız mərasim zərurəti kimi deyil, həm də ikitərəfli münasibətlər kontekstində siyasi siqnal kimi qəbul edilir. Belə olan halda, Putinin Paşinyanı təbrik etməməsini ikitərəfli əlaqələrdə yaranmış soyuqluğun ən pik həddi kimi dəyərləndirmək olar.

Pashinyan calls dialogue with Putin open, honest

Bu azmış kimi, nəinki təbrik məktubu yoxdur, Rusiya indi də Ermənistanın süd məhsullarının idxalına qadağa qoyub. Bu embarqo da münasibətlərdə gərginliyin bariz nümunəsidir.

Yada salaq ki, parlament seçkiləri 7 iyunda keçirilib. Artıq 1 ay, 17 gün ötüb və Rusiyadan xəbər-ətər yoxdur. Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə Avropa İttifaqı Şurası prezidenti, Avropa Komissiyasının prezidenti, həmçinin Türkiyə, Özbəkistan, Qazaxıstan liderləri təbrik ediblər.

Halbuki Rusiya və Ermənistandır müttəfiqdirlər, KTMT, Avrasiya İqtisadi İttifaqında təmsil olunurlar. Bununla yanaşı Putin Paşinyana qəzəbli olduğunu təbrik ünvanlamamaqla hiss etdirir. Hətta Paşinyanı referenduma getməyə, Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməyə çağırmışdı.

Erməni hökumət başçısı isə belə bir qərar vermədiklərini bildirmişdi. Ona görə də Rusiya iqtisadi basqıları artırır və indi də süd məhsullarını qadağan edir. Bundan əvvəl gül, mineral su, meyvə və tərəvəz tədarükünü məhdudlaşdırıb. Bu qərarlar aparılan yoxlamalar zamanı aşkar edilən baytarlıq və sanitar pozuntular səbəbi ilə izah olunur. Lakin arxasında siyasi məqsədlər dayandığı şübhə doğurmur.

Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR