İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...

423 24.07.2026 12:47 Analitika A A

7 iyun seçkilərində qələbəsindən sonra Nikol Paşinyan hakimiyyətinin ünvanına Moskvadan hədələr yağmağa davam edir. Bəllidir ki, Kremlin təhdid-şantaj siyasəti səsvermə gününədək də olub. Hərçənd, bir sıra təhlilçilərə görə, təzyiqlər əslində, Paşinyanın xeyrinə işləyib. Çünki cəmiyyətdə əks-effekt yaratmaqla iqtidar partiyasının qalibiyyətinə töhfə verib.

Daha bir səbəbə və bunu Moskvaya bağlı qüvvələrin təmsilçiləri də etiraf edib: Kreml ictimai rəylə “balta üsulu ilə” işləməklə Ermənistanda ona sadiq qüvvələri açıq- aşkar “ələ verib”, onların seçkilərlə bağlı təbliğatının kəsərini azaldıb, “kartları” vaxtından əvvəl “açıb”. Nəticədə Ermənistan istehsallı k/t məhsullarına qadağalar cəmiyyətdə Rusiya ilə yanaşı, ona bağlı partiyalara da nifrəti gücləndirib...

Lakin seçkilər artıq arxada qalıb. Gəl ki, Moskvanın hədələri azalmaq bilmir. Son olaraq, rusiyalı senator, Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarovdan sərt açıqlama gəlib.

Sitat: “Ermənistanda vəziyyət çətindir. Bilirsiniz ki, bu yaxınlarda Yekaterinburqda baş nazirlərin görüşü oldu. Prinsipial söhbət aparıldı və Ermənistanın öz mövqeyini müəyyənləşdirməli olduğu dəqiq şəkildə bildirildi. Qlobal qeyri-sabitlik şəraitində Ermənistanın sağ qalma şansı Rusiya ilə dostluq və Aİİ-yə üzvlüyünü qorumaqdır. Biz konkret addımları izləyəcəyik. Məhsullarını sata bilməyən fermerlər artıq narazılıqlarını bildirirlər. Biz xalqdan qisas almağa hazırlaşmırıq, amma başa düşməliyik ki, bizim öz maraqlarımız var”.

Ermənistanla heç bir razılaşma olmayacaq” - Vladimir Cabarov | KONKRET

“Öz maraqlarımız”... Artıq hamı bu maraqların nədən ibarət olduğunun yaxşı fərqindədir. Ən çox da yəqin ki, Ermənistanda. Və xüsusən də Ukraynaya qarşı 5 ildir davam edən hərbi təcavüz fonunda. Yəni ki, “ya Rusiya ilə olursunuz, ya da olmursunuz” məntiqi...

Bu siyasətin nəticəsidir ki, prezident Vladimir Putin hələ də Nikol Paşinyanı partiyasının 7 iyun seçkilərindəki qələbəsi münasibətilə təbrik eləməyib. Bunu hətta Ermənistanın məlum səbəblərdən diplomatik əlaqələrə malik olmadığı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da edib. Səsvermədən cəmi 3 gün sonra, MSK rəsmi nəticələri elan eləməmiş o, Nikol Paşinyana təbrik göndərib.

İrəvanla strateji müttəfiq sayılan Rusiyanın rəhbəri Putin isə 47 gündür susur. O, seçkilərdən bir ay sonra – iyulun 7-də Moskvaya rəsmi səfər etmək istəyən Paşinyanı qəbul eləməkdən belə, nümayişkaranə şəkildə imtina edib. Erməni baş nazir birbaşa Yekaterinburqa uçaraq həmkarı Mixail Mişistinlə görüşlə kifayətlənməli olub...

Bu arada “Joqovurd” erməni qəzeti yazıb ki, indiyədək Paşinayı Putinlə yanaşı, Çin Xalq Respublikasının Sədri Si Cinpin də təbrik etməyib. Maraqlıdır ki, ötən ilin yayında Nikol Paşinyan Çinə səfəri çərçivəsində ölkə lideri Si Cinpinlə çox isti görüşlər keçirmiş, səfər çərçivəsində strateji tərəfdaşlıq haqda sənəd imzalanmışdı. Ayrı sözlə, Çin də Rusiya kimi de-fakto Ermənistana strateji tərəfdaş, dost statusundadır.

Ermənistan və Çin strateji tərəfdaşlıq qurur: Nikol Paşinyan və Si Cinpin  görüşüb – Ermənistanın İctimai Radiosu

Danılmaz fakt həmçinin odur ki, rəsmi Pekin ölkələrin daxilin illərinə qarışmağı sevmir və daha çox iki və çoxtərəfli iqtisadi-ticari tərəfdaşlıq formatlarına üstünlük verir. Elə isə Cinpinin Paşinyana qarşı Putinlə eyni soyuq mövqe sərgiləməsninin kökündə nə dayanır görəsən? İrəvanın son vaxtlar daha çox Qərbə, özəlliklə ABŞ-yə tərəf yıxılmaq istəməsimi?..

Analitik xidmət,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR