İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda faciə - avtobusun qarşısına qəfil çıxdı, öldü - VİDEO

1595 14.06.2025 22:13 Hadisə A A

Bu gün saat 07:45 radələrində Həsən bəy Zərdabi küçəsində 18 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə qəza baş verib.

Bu barədə daşıyıcı şirkət məlumat yayıb.

Belə ki, piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu qaçaraq keçən 2 nəfər saatda 30-35 kilometr sürətlə hərəkət edən avtobusun qarşısına qəfil çıxıb.

Bu zaman onlardan biri yıxılaraq yolun hərəkət hissəsində qalıb və nəqliyyat vasitəsinə çırpılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya aparılsa da, həyatını itirib.

Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.

Qəza anını əks etdirən görüntüləri təqdim edirik/qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR