İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda nömrəsiz avtomobil idarə edən qazi SAXLANILDI

1125 25.11.2025 16:43 Ölkə A A

Paytaxtda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb.

Musavat.com DİN-ə istinadən xəbər verir ki, Bakının Səbail rayonunda qeydiyyat nişanı olmadan idarə edilən avtomobillə bağlı yayılan görüntülər araşdırılıb.

Araşdırmalarla “Changan” markalı, 77-EX-* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı E.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR