İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda özünə yer tapmayan imkanlı klub REGİONA KÖÇÜR

1761 14.05.2025 19:04 İdman A A

Bakıda fəaliyyət göstərən iddialı klub bölgəyə köçür.

Söhbət hazırda II Liqada yarışan «Şəfa»dan gedir.

Mövsüm başa çatmamış I Liqaya vəsiqə qazanan komanda gələn «futbol ili»ndən bölgələrdən birini təmsil edəcək.

Hər halda «Şəfa» rəsmilərinin bugünə olan fikri budur. Plan son anda dəyişməsə, paytaxtdan köç iyundan etibarən başlayacaq.

Funksionerlər oturduqları yerdə yerdəyişmə etmək niyyətinə düşməyib. Bunun üçün çox ciddi səbəbləri var.

Belə ki, 18 ildən sonra futbol səhnəsinə dönmüş klub Bakıda özünə infrastruktur qura bilmir. Baza və stadiona sahiblənmək istəsələr də, hələlik heç bir nəticə əldə etməyiblər.

«ASK Arena»dan isə sadəcə, icarədar olaraq yararlanırlar.//Sportinfo.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR