İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan Pakistanla bağlı SENSASİON AÇIQLAMA - Nə baş verir?

1559 07.06.2026 02:30 Dünya A A

İran İslam Respublikası ölkənin nüvə proqramı və ABŞ ilə mümkün diplomatik təmaslarda kənar dövlətlərin vasitəçilik cəhdlərinə dair rəsmi Tehranın qəti mövqeyini əks etdirən mühüm bəyanat yayıb. İranda regional proseslər və Vaşinqtonla münasibətlər fonunda Pakistanın vasitəçilik missiyasına ehtiyac olmadığı bildirilib.

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı İranın qətlə yetirilmiş ali rəhbərinin keçmiş müşaviri Məhəmməd Cavad Laricani çıxış edib. Pakistanın Vaşinqtonla Tehran arasında vasitəçilik etmək təşəbbüslərinə toxunan sabiq müşavir bu addımları lüzumsuz hesab etdiyini vurğulayıb: "Pakistanın Baş naziri yaxşı insandır, lakin onun bizi danışıqlar üçün amerikalılarla bir araya gətirməsinə heç bir ehtiyac yoxdur. Əgər biz özümüz ABŞ ilə danışmaq istəsək, bunu edəcəyik. Bizim heç bir vasitəçiyə ehtiyacımız yoxdur".

Hazırda İranın Fundamental Elmlər İnstitutuna rəhbərlik edən Laricani, həmçinin beynəlxalq birliyin diqqətində olan nüvə fəaliyyətlərinə də toxunub. O, ölkənin daxili və xarici siyasət kursuna yönəlmiş bəyanatında xalqı əmin edərək vurğulayıb ki, İran hansı şərait və vəziyyət olursa-olsun, öz nüvə proqramından heç bir halda imtina etməyəcək.

Toğrul İsmayıl,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR