İnsanlara hürriyət, millətlərə istiqlal!

"Barselona" kuboku qazandı, onu da gətirir

3826 27.04.2025 19:14 İdman A A

"Barselona" klubu ötən gecə əzəli rəqibi "Real"ı məğlub edərək İspaniya Kubokunu qazanıb.

"Blauqrana" növbəti mövsüm üçün transfer çalışmalarına da başlayıb. Katalon klubu Robert Levandovskinin yerinə Xulian Alvaresi gətirməyi planlaşdırır.

Bu barədə "MARCA" nəşri məlumat yayıb.

Alvares ötən ilin yayında "Atletiko"ya transfer olunub. O, ilk La Liqa mövsümündə 15 qol vurmağı bacarıb.

Madrid təmsilçisi argentinalı hücumçunu satmağı düşünmür. Ancaq "Barselona" bu transferdə israr edir və klubun rəhbərliyi reallaşması üçün əlindən gələni edəcək.  (Offsideplus.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR