İnsanlara hürriyət, millətlərə istiqlal!

"Birinci Türkçülük Çalışmaları" kitabının müəllifləri ilə görüş və imza günü keçirildi FOTO

590 13.04.2024 17:13 Mədəniyyət A A

Bakıda "Birinci Türkçülük Çalışmaları" kitabının müəllifləri ilə görüş və imza günü keçirilib.

Musavat.com xəbər verir ki, professor Nəsib Nəsiblinin təşəbbüsü ilə çapdan çıxan kitabda professorlar Qulu Məhərrəmli, Bədirxan Əhmədli, Mahirə Hüseynova, həmçinin Aynur Qəzənfərqızı, Odər Qutluər, Faiq Ələkbərli və digərlərinin məqalələri toplanıb.

KECİR.jpeg (169 KB)

İMZA SON.jpeg (92 KB)

Tarix elmləri doktoru, professor Nəsib Nəsibli kitabla bağlı Musavat.com-a açıqlamasında bunları bildirib:

"Ötən ilin oktyabr ayında keçirdiyimiz "Birinci Türkçülük Çalışmaları" konfransında iştirak edənlərin, həmçinin kənardan türkçülük mövzusunda məqalələrini vermiş şəxslərin məqalələr toplusu bu günlərdə çapdan çıxdı. Bu gün isə həmin kitabın təqdimatını keçiririk. Bununla da biz "Birinci Türkçülük Çalışmaları"na nöqtə qoyur, tamamlayırıq. Artıq "İkinci Türkçülük Çalışmaları" ilə bağlı işlərə başlayırıq.

NESİ.jpeg (122 KB)

Türkçülük mövzusu üzərində bu qədər israr etməyimizin səbəbi budur ki, sovet dövründə uzun illər "türkçülük" sözünün üzərinə tabu qoyulmuşdu və istəyirik ki, bu söz məşhurlaşsın, legitimləşsin. Bu baxımdan hesab edirəm ki, bu adla olan kitabın dərc olunması bir uğurdur və milli ideoloji həyatımıza bir töhfədir".

MEQAL.jpeg (110 KB)

Professor Qulu Məhərrəmli isə qeyd edib:

"Toplumun irəli getməsi, özünü tanıması, kimliyini dərk etməsi üçün onun ideologiyası olmalıdır. Bu ideologiya bizdə azərbaycançılıqdır. Amma azərbaycançılığın özü də türkçülükdən qopmuş ideologiyadır. Hazırda dünyada, bölgədə müəyyən proseslər gedir, artıq türk xalqları gün işığına çıxırlar, öz mədəniyyətlərini, düşüncələrini ifadə edirlər. Belə bir halda türk düşüncəsinə bağlı olan millətlərin, xalqların ideologiyasının ortaya çıxmasına ehtiyac var və bu ideologiya türkçülükdür. Bu baxımdan professor Nəsib Nəsiblinin başladığı bu işi cəmiyyətimiz üçün çox vacib və səmərəli hesab edirəm".

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR