İnsanlara hürriyət, millətlərə istiqlal!

"Biz azərbaycanlı bacı və qardaşlarımıza güvənirik"

1441 29.08.2025 12:31 Gündəm A A

"Ermənistan və Azərbaycan arasında əldə olunan bir sıra razılaşmalar, eləcə də Azərbaycan və ABŞ arasındakı razılaşma region üçün çox müsbət mənzərə yaradıb".

Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan TGRT-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı ilə Ankara arasındakı məsləhətləşmələr bu istiqamətdə irəliləyişin əldə edilməsinə yardımçı olub.

"Prezidentimizin və bizim tutduğumuz mövqe etimada əsaslanır. Biz azərbaycanlı bacı və qardaşlarımıza güvənirik, sıx əməkdaşlığımız var. Oradakı həmkarlarımız çox bacarıqlı insanlardır", - deyə Fidan qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR