İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Qayıdışla bağlı fləşmob keçirilib - VİDEO

586 19.03.2024 13:37 Qarabağ xəbərləri A A

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin iştirakı ilə fləşmob keçirib.

Musavat.com xəbər verir ki, fləşmobun çəkilişləri Laçın və Füzuli şəhərlərində, Laçın rayonunun Zabux, Zəngilan rayonunun Ağalı kəndlərində aparılıb.

Böyük Qayıdış Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs gətirir, işğaldan azad edilmiş ərazilərin dirçəlişini sürətləndirir. İndiyədək 1453 ailə, yəni 5719 nəfər doğma yurda köçürülüb.

Böyük Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində icra olunan genişmiqyaslı tədbirlər bu siyasətin uğurla həyata keçirilməsini təmin edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR