İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya ABŞ-la Çin arasında seçim etmək məcburiyyətində deyil - Starmer

312 27.01.2026 09:31 Siyasət A A

Böyük Britaniya biznes imkanları baxımından ABŞ və Çin arasında seçim etməməlidir.

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmer bu fikirdədir.

O, Çinə səfər öncəsi "Bloomberg"ə müsahibəsində bu barədə danışıb:

"Əlbəttə ki, ABŞ ilə çox yaxın münasibətlərimiz var və biz bunu təhlükəsizlik və müdafiə ilə yanaşı istəyirik və qoruyacağıq.  Eyni zamanda dünyanın ikinci ən böyük iqtisadiyyatı olan və biznes imkanı təmsil edən Çini görməzdən gəlmək ağılsızlıq olardı".

Bu həftə Starmer Pekinə səfər edəcək və bu, Britaniya baş nazirinin səkkiz ildən sonra Çinə ilk səfəridir.

Agentliyin vurğuladığı kimi, Starmer Çin prezidenti Si Cinpinlə "Trampı qəzəbləndirmədən və ya ABŞ ilə münasibətlərə xələl gətirmədən, iki ölkəyə yanaşmasında güzəştə getməli olacağı fikrini rədd etmədən" görüşə biləcəyini düşünür: "Məndən tez-tez sadəcə ölkələr arasında seçim etməyim istənilir. Mən bunu etmirəm".

Eyni zamanda Britaniya baş naziri Trampla münasibətlərini "yetkin" adlandırıb.

Starmeri Çinə qarşıdakı səfərində təxminən 60 şirkət, universitet və mədəniyyət müəssisəsi rəhbəri müşayiət edəcək və Bloomberg-in qeyd etdiyi kimi, iqtisadi münasibətlər açıq şəkildə prioritet mövzudur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR