Səhnə şouları qədər möhtəşəm tərzi ilə də gündəmdə olan Bülent Ersoy bu dəfə sərvət dəyərində olan zinət əşyaları ilə diqqət çəkib. Barmaqlarındakı iri üzüklər və lüks aksesuarlarla kamera qarşısına keçən Diva sosial mediada çoxsaylı rəylərə səbəb olub.
Qara tonların üstünlük təşkil etdiyi zərif geyimi ilə obyektiv qarşısına keçən Bülent Ersoyun ən diqqətçəkən detalı aksesuarları olub. Barmaqlarını bəzəyən iri brilyant və zümrüd üzüklər, eləcə də lüks saat onun dəbdəbəli üslubunu bir daha nümayiş etdirib. Daşlarla bəzədilmiş məşhur gün eynəyi və iddialı çəhrayı dodaq boyası ilə görünüşünü tamamlayan sənətçi özünəməxsus stilindən yenə də vaz keçməyib.//Demokrat.az







