Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində yerləşən meyvə bağında qeydə alınıb.
Rayon sakini, 2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu çimmək üçün daxil olduğu suvarma hovuzunda boğulub.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.






