Aktrisa Oksana Rəsulova sosial mediada yayılan görüntüləri tənqid edib.
Aktrisa avtobusda sürücünün hər iki əli ilə mobil telefonda oyun oynadığını və sərnişinlərin həyatını təhlükəyə atdığını əks etdirən görüntüləri paylaşaraq bunları yazıb:
"Fərq etmir avtobusdan istifadə edirəm, ya yox, amma buna gözüyumulu baxa bilmərəm! Bu, doğrudan da dəhşətdir! İnsanların həyatı onsuz da hər zaman bilmədiyimiz hava, həyat şəraitlərindən təhlükədədir, amma bilə-bilə insan həyatı ilə (özü də 1 yox, 20-dən çox) belə rəftar... Bu, cinayətdir!" (Axşam.az)







