İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məşhurlar da saxlandı

834 12.04.2026 15:40 Dünya A A

Türkiyədə məşhurlara qarşı yönəlmiş narkotik işi üzrə istintaq çərçivəsində tanınmış aktyor İlker İnanoğlu və müğənni Cem Adrian barəsində saxlanılma qərarı çıxarılıb.

Məlumata görə, keçirilən əməliyyatlar nəticəsində sosial media fenomenləri - Samet Liçina, Özlem Parlu, Mika Slovana və Elif Karaaslan saxlanılıb. Bununla yanaşı, tanınmış aktyor İlker İnanoğlu və müğənni Cem Adrian haqqında saxlanılma qərarı çıxarılıb, lakin onlaırn hər ikisinin ölkə xaricində olduğu bildirilib.

Daha əvvəl aktyor İbrahim Çelikkol və müğənnilər Bengü, Simge Sağın, Mustafa Ceceli və Melek Mosso da daxil olmaqla, 9 nəfər barəsində saxlanılma qərarı verilib.

Onlar narkotik maddə almaq, qəbul etmək, saxlamaq, istifadə və təmin etməkdə ittiham olunurlar./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR