Dünya ağır çəkili boks çempionu Oleksandr Usik Ağ Evin Oval Ofisində ABŞ Prezidenti Donald Trampla görüşüb.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Prezidentinin xüsusi köməkçisi və kommunikasiya müşaviri Marqo Martin açıqlayıb.
O, görüşdən foto paylaşaraq, "Prezident Donald Tramp ağır çəkili dünya çempionu Oleksandr Usik ilə Oval Ofisdə" şərhini yazıb.
Görüşün təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, Ukrayna idmançısı dəfələrlə Trampa müraciət edərək, reallığı görməyə cağırıb, onu Ukraynaya səfərə dəvət edib.
Musavat.com






