İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi bomba: Paşinyana mandat tələsi hazırlanır

917 14.06.2026 00:18 Siyasət A A

Ermənistanda müxalifətin parlament mandatları ilə bağlı qərarı hakimiyyətin gələcək imkanlarına təsir göstərə bilər.

Musavat.com xəbər verir ki, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin keçmiş aparat rəhbəri Liparit Drmeyan bildirib ki, müxalifət qüvvələri seçkilərin yekun nəticələri rəsmi elan olunana qədər mandatlardan imtina etsələr, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının əlavə mandatlar əldə etməsinin qarşısını almaq mümkün olacaq.

Onun sözlərinə görə, qanunvericilikdə müxtəlif şərhlərə imkan verən müddəalar mövcuddur. Lakin müxalifət mandatları nəticələr elan edilməzdən əvvəl götürməzsə, mandatların başqa siyasi qüvvələrə ötürülməsi məsələsi bağlanmış hesab olunacaq.

Drmeyan qeyd edib ki, bu halda hakim partiya parlamentdəki təmsilçiliyini artıra bilməyəcək və hakimiyyətə yaxın mövqedə olan, lakin az səs toplamış digər siyasi qüvvələrin hesabına əlavə mandat qazanması mümkün olmayacaq.

Məsələnin əsas məqamlarından biri də parlamentə üçüncü müxalif qüvvənin düşüb-düşməməsidir. Belə ki, “Çiçəklənən Ermənistan” Partiyası seçki baryeri olan 4 faizi cəmi 0,004 faiz bəndi ilə keçə bilməyib.

Yenidən səslərin sayılması nəticəsində partiyanın baryeri aşdığı bildirilsə də, MSK-nın üç seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etməsindən sonra partiyanın göstəricisi yenidən tələb olunan həddən aşağı düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR