"Real Madrid" heyətini təcrübəli yarımmüdafiəçi ilə gücləndirmək variantını nəzərdən keçirir.
Madrid klubunun nümayəndəsi xorvatiyalı dayaq yarımmüdafiəçisi Marselo Brozoviçin menecerləri ilə əlaqə saxlayıb.
"Kral klubu" futbolçunun planları ilə maraqlanıb və transfer üçün ilkin məlumatları toplayıb.
"Əl-Nəsr"dən ayrıldıqdan sonra azad agent olan 33 yaşlı futbolçunun xidmətində Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo da maraqlıdır.
"Real Madrid"in Brozoviçə 1 illik müqavilə təklif edəcəyi gözlənilir. (Offsideplus.az)






