İstanbul metrosunda qadın sərnişinə qarşı edilən əxlaqsız hərəkətlə bağlı görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub. Hadisənin Maltepe stansiyası yaxınlığında hərəkətdə olan metro qatarında baş verdiyi bildirilir.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, iddialara görə, kişi sərnişin vaqonda qarşısında əyləşən qadına baxaraq əxlaqsız hərəkətlər edib. Qadın baş verənləri mobil telefonunun kamerası ilə qeydə alıb. Görüntülərdə şübhəlinin üzü gizlədilərək paylaşılıb.
Videonun sosial şəbəkələrdə yayılmasının ardından hadisə geniş etirazlara səbəb olub. Minlərlə istifadəçi hüquq-mühafizə orqanlarını şübhəlinin kimliyini müəyyən edərək qanun qarşısında cavab verməsini təmin etməyə çağırıb.
Hadisə ictimai nəqliyyatda təhlükəsizlik və sərnişinlərin, xüsusilə qadınların qorunması məsələsini yenidən gündəmə gətirib. Rəsmi qurumların hadisə ilə bağlı araşdırma apardığı bildirilir.
Musavat.com






