Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, qanun layihəsini deputat Azər Badamov təqdim edib.
Bildirib ki, yeni sənəd iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək.
Layihəyə əsasən, Azərbaycanla Ukrayna arasında yeni müqavilə təsdiq edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ratifikasiya edilib.
E.Paşasoy,
Musavat.com






