İnsanlara hürriyət, millətlərə istiqlal!

Anklav kəndləri ilə bağlı razılaşma ola bilər - VACİB AÇIQLAMA

631 11.07.2026 19:47 Ölkə A A

Ermənistanın Baş naziri Nikol Paşinyanın anklav kəndləri ilə bağlı son açıqlaması Azərbaycan-Ermənistan münasibətlərində bu mövzunu yenidən gündəmə gətirib. Bəyanat sərhədlərin delimitasiya və demarkasiyası prosesində anklavların taleyinin necə həll olunacağı ilə bağlı sualları artırıb.

Bəs bu məsələ hansı şəkildə öz həllini tapa bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan baş nazirinin açıqlaması anklav kəndləri məsələsinin sərhədlərin delimitasiya və demarkasiyası prosesində müzakirə ediləcəyinə işarə edir.

“Ermənistan tərəfi Gədəbəy rayonu ərazisində yerləşən Başkənd (Artsvaşen) kəndinin Ermənistanın anklavı olduğunu vurğulayır. Lakin bu kənd Azərbaycanın tarixi torpağı və beynəlxalq səviyyədə tanınmış ərazisidir.
Başkənd SSRİ dövründə Ermənistana verilib. Digər tərəfdən, Ermənistanın nəzarətində olan Azərbaycan anklavları isə Qərbi Azərbaycan kəndləridir və birmənalı şəkildə Azərbaycana qaytarılmalıdır. Tərəflər siyasi iradə nümayiş etdirərək ortaq məxrəcə gələ bilsələr, anklav məsələsi mübahisə predmeti olaraq qalmayacaq və delimitasiya-demarkasiya prosesinin yekununda müsbət həllini tapacaq”.

Politoloq hesab edir ki, Başkəndin Azərbaycanda qalması ehtimalı yüksəkdir. Bununla yanaşı, o, anklavlarla bağlı qarşılıqlı mübadilə variantının da istisna edilmədiyini vurğulayıb.

“İstənilən halda, həm Azərbaycan, həm ki də Ermənistan rəhbərliyi bu məsələnin yeni qarşıdurma yaratmadan, siyasi dialoq yolu ilə həll olunmasında maraqlıdır. Düşünürəm ki, yekunda tərəflər ortaq məxrəcə gələcəklər”, – deyə Məhəmməd Əsədullazadə qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR