Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov nüvə silahından istifadə ilə bağlı açıqlama verib.
Musavat.com-un xəbərinə əsasən, Peskov İsveçrənin "Die Weltwoche" nəşrinə müsahibəsində deyib ki, əgər hər hansı bir vəziyyət Rusiya dövlətinin mövcudluğuna təhlükə yaradarsa, nüvə silahından istifadə olunacaq.
"Əgər hər hansı bir vəziyyət Rusiya dövlətinin mövcudluğuna təhlükə yaradırsa, nüvə silahından istifadə olunacaq. Əks halda yox. Qalan hər şey sadəcə spekulyasiyadır", - deyə Dmitri Peskov vurğulayıb.
Musavat.com






