İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə vətəndaşlarına çağırış etdi: “İranı dərhal tərk edin”

1194 07.01.2026 13:52 Dünya A A

Avstraliya hökuməti vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin rəsmi səyahət platforması olan “Smart Travel” saytı bildirib.

Qeyd olunub ki, hazırda İranda ölkə miqyasında etirazlar davam edir və vəziyyət daha da gərginləşə bilər.

Açıqlamada İran təhlükəsizlik qüvvələrinin etirazlara sərt müdaxilə etdiyi, nəticədə çox sayda etirazçı və mülki şəxsin yaralandığı, öldürüldüyü və ya həbs edildiyi bildirilir.

“Smart Travel” Avstraliya vətəndaşlarını kütləvi toplantılardan, yürüşlərdən və etirazlardan uzaq durmağa çağırıb, eyni zamanda İrana səyahət etməməyi tövsiyə edib.

Bildirilib ki, hazırda ölkədə olan Avstraliya vətəndaşları mümkün qədər tez İranı tərk etməlidirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR